Türkiyədə “Delta plus” ştammına yoluxma faktı qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə koronavirusun “Delta plus” ştammına yoluxma faktı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Onun sözlərinə görə, bu ştamm Türkiyənin 3 vilayətində 3 nəfərdə qeydə alınıb. Nazir həmin şəxslərin xəstəliyi yüngül keçirdiyini deyib.

Bundan başqa, Türkiyədə “delta” ştammına yoluxanların sayı 284 nəfərə çatıb. Həmin variant 30 vilayətdə qeydə alınıb.