Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə koronavirusun “Delta plus” ştammına yoluxma faktı qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Onun sözlərinə görə, bu ştamm Türkiyənin 3 vilayətində 3 nəfərdə qeydə alınıb. Nazir həmin şəxslərin xəstəliyi yüngül keçirdiyini deyib.
Bundan başqa, Türkiyədə “delta” ştammına yoluxanların sayı 284 nəfərə çatıb. Həmin variant 30 vilayətdə qeydə alınıb.