Türkiyədə dəhşətli statistika: Bir gündə 9 ölü, 1047 yaralı…

Türkiyədə dəhşətli statistika: Bir gündə 9 ölü, 1047 yaralı…

Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.

Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.

Teqlər: