Türkiyədə Ramazan bayramı tətilinin ilk günündə baş vermiş 651 yol-nəqliyyat hadisəsində doqquz nəfər ölüb, 1 047 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Bayram tətilinin ilk günündə yol qəzalarında, təəssüf ki, doqquz vətəndaşımız həlak olub. 1 047 vətəndaşımız isə yaralanıb”, – nazir diqqətə çatdırıb.
Yerlikaya vurğulayıb ki, statistika sadəcə 6 aprel tarixini əhatə edir.