Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar İdarəolunması Agentliyi (AFAD) bildirib.
Məlumata əsasən, ölənlərdən 56 nəfəri Kastamonu, 9 nəfəri Sinop, 1 nəfər isə Bartın vilayətində həyatının itirib.
Bildirilir ki, hazırda 8 xəsarət alanın müalicəsi davam etdirilir.