Türkiyədə daşqınlar nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 51 nəfər həlak olub, 9 nəfər isə xəsarət alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
Məlumata əsasən, ölənlərdən 43 nəfəri Kastamonu, 7 nəfəri Sinop, 1 nəfər isə Bartın vilayətində həyatının itirib.