Türkiyədə daşqın ciddi fəsadlar törədib – Kəndlər boşaldılıb (FOTO/VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimal-şərqindəki Rizə vilayətində leysan yağışlar daşqın və sürüşmələrə səbəb olub.

AzerTimes-ın məlumatına görə, təbii fəlakət nəticəsində bölgədə 2 kənd təxliyə olunub, yollar bağlanıb.

Rizə valisi Kamal Çeberin sözlərinə görə, 9 nəfər xilas edilib. Gün ərzində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən həftdə Rizədə daşqınlar nəticəsində 6 nəfər həlak olmuşdu.

Bundan başqa, daşqınlar Artvin vilayətində fəsadlar törədib.