Türkiyədə daş kömür mədəni çökdü: 280 nəfər…

Türkiyədə daş kömür mədəni çökdü: 280 nəfər…

Türkiyənin Zonquldağ şəhərində “Armudçuk” müəssisəsinə məxsus daş kömür mədəni çöküb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

O qeyd edib ki, hadisə baş verən zaman mədəndə 280 nəfər olub:

“Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib”.

Teqlər: