Türkiyədə daha bir ağır yol qəzası olub, 6 nəfər ölüb

Türkiyənin İzmir əyalətində sərnişin mikroavtobusu aşıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobus Kınık rayonundan Kemalpaşa rayonuna gedirmiş.

Məlumata əsasən, hadisə yerinə çox sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib.

Bildirilir ki, qəza nəticəsində 6 nəfər həlak olub, 11 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Turqutlu və Kemalpaşa rayonlarının dövlət xəstəxanalarına yerləşdiriliblər.