Türkiyədə dağılan binalara görə 188 nəfər həbs edildi

Türkiyədə dağılan binalara görə 188 nəfər həbs edildi

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər nəticəsində yaşayış binalarının dağılmasına görə məsuliyyət daşıyan 188 nəfər həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Qəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Teqlər: