Türkiyədə 50 yaşdan yuxarı insanlar və tibb işçiləri yeni koronavirus peyvəndinin üçüncü dozasını ala biləcəklər.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca COVID-19-un yayılmasına qarşı mübarizə üzrə ölkənin Elmi Məsləhət Şurasının iclasından sonra deyib.
Nazirin sözlərinə görə, əlavə peyvənd vurmaq istəyənlər iyulun 1-dən etibarən ölkə üzrə müraciət edə bilərlər.
Nazir qeyd edib ki, peyvəndləmə üçün vaksin seçimi yalnız xəstənin ixtiyarına buraxılır.
F.Qoca COVID-19-a qarşı kollektiv immunitetini əldə etmək üçün vaskinasiyanın vacibliyini xatırladıb.