Pentaqonun keçmiş başçısı Donald Ramsfeld vəfat edib

ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld 89 yaşında vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə onun “Twitter” səhifəsində onun ailəsi yazıb.

Qeyd olunub ki, D.Ramsfeld Nyu-Meksiko ştatının Taos şəhərində ailənin əhatəsində ölüb. Ölümün səbəbi dəqiqləşdirilməyib.


Qeyd edək ki, D.Ramsfeld 1975-1977-ci illərdə Cerald Fordun administrasiyasında və 2001-2006-cı illərdə Corc Uoker Buşun rəhbərliyi altında ABŞ Müdafiə naziri vəzifəsində çalışıb.