Türkiyədə Çingiz xanın nəvəsinin sarayı aşkarlandı

Türkiyədə Çingiz xanın nəvəsinin sarayı aşkarlandı

Türkiyənin Van vilayətində arxeoloqlar qrupu bir vaxtlar Çingiz xanın nəvəsi Hülaku xan üçün tikilmiş möhtəşəm sarayın qalıqlarını aşkar etdiklərini açıqlayıblar.

AzerTimes xəbər verir ki, tədqiqat qrupuna daxil olmayan bəzi ekspertlər isə qalıqların Çingiz xan və ailəsi ilə əlaqələndirilməsindən öncə daha çox məlumatın lazım olduğunu söyləyərək alimləri ehtiyatlı olmağa çağırıblar.

Bildirilib ki, qazıntı işləri Monqolustan və Türkiyədən olan arxeoloqlar tərəfindən aparılıb. Komanda hələ də öz tapıntılarını və kəşf etdikləri artefaktların şəkillərini elmi jurnalda dərc etməyib.

Teqlər: