Türkiyədə Cənubi Qafqaz istiqamətində yeni tunel açılacaq

Türkiyənin şərqində Qafqaz regionu ölkələri ilə yeni nəqliyyat arteriyasına çevriləcək yeni avtomobil tuneli açılacaq.

Trend xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum vilayətinin Uzundərə rayonunu Artvin şəhəri ilə birləşdirən 2246 metrlik Pırınkayalar tunelinin açılış mərasimində iştirakçılara videonüraciət edəcək.


Yeni tunel Türkiyə-Gürcüstan sərhədinə doğru marşrutda mühüm keçid olacaq və şimal-şərqi Anadolunun dağlıq bölgələri ilə yük daşımalarını xeyli asanlaşdıracaq.

Teqlər: