Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyədə iyulun sonlarından başlamış meşə yanğınlarının hamısı nəzarət altına alınıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, iyulun 28-dən etibarən Türkiyədə qeydə alınmış 299 meşə yanğının hər biri söndürülüb. Hazırda torpağın soyudulması işləri aparılır.
Qeyd olunur ki, bu müddət ərzində Türkiyənin 54 vilayətində yanğınlar olub.
Meşə yanğınlarının söndürülməsi üçün 5 200-dən çox canlı qüvvə, 12 təyyarə, 66 helikopter, 9 PUA və 1 200-dən çox texnika cəlb olunub.