Nigeriyada vəba epidemiyası – 150-ə yaxın şəxs ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Nigeriyanın şimal-qərbindəki Kebbi ştatında vəba epidemiyasından 146 nəfər həyatını itirib.

AzerTimes-ın məlumatına görə, ümumilikdə ştat ərazisində 2 mindən çox şəxs vəbaya yoluxub.

Hazırda ölkənin 20 ştatında xəstəliyə yoluxanların olduğu deyilir.


İlin əvvəlindən bugünədək Nigeriyada 800-dən çox şəxs vəba nəticəsində ölüb.