Türkiyədə bu vilayətlərə qazın verilişi dayandırıldı

Türkiyədə bu vilayətlərə qazın verilişi dayandırıldı

Türkiyədə baş verən zəlzələdən sonra Hatayın Qırıqxan rayonundan keçən təbii qaz xəttindəki qəza nəticəsində bir sıra vilayətlərə qazın verilişi dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə BOTAŞ-dan açıqlama verilib.

“Qəhrəmanmaraş – Qaziantep qaz xəttində baş verən qəza səbəbindən Qaziantep, Hatay və Qəhrəmanmaraş vilayətlərinə təbii qazın verilişi dayandırılıb”, – məlumatda qeyd olunub.

Teqlər: