Türkiyədə baş verən zəlzələdən sonra Hatayın Qırıqxan rayonundan keçən təbii qaz xəttindəki qəza nəticəsində bir sıra vilayətlərə qazın verilişi dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə BOTAŞ-dan açıqlama verilib.
“Qəhrəmanmaraş – Qaziantep qaz xəttində baş verən qəza səbəbindən Qaziantep, Hatay və Qəhrəmanmaraş vilayətlərinə təbii qazın verilişi dayandırılıb”, – məlumatda qeyd olunub.