Türkiyədə bu ərazilərdə 7,4 bal zəlzələ ola bilər

Türkiyədə bu ərazilərdə 7,4 bal zəlzələ ola bilər

Çorum tam şəkildə Şimali Anadolu seysmik qurşağının üzərindədir. Bu qurşaq demək olar ki, çox böyük ölçüdə Bingöl-Karlıovadan Mərmərə dənizinədək böyük zəlzələ əmələ gətirmə enerjisini boşaltdı.

AzerTimes xəbər verir ki, bu sözləri İstanbul Texniki Universitetinin professoru, tanınmış alim Naci Görür qeyd edib.

Professor Türkiyədə güclü zəlzələlərin gözləndiyi bölgələrdən də bəhs edib:

“İndi Mərmərəni, bir də Ərzincan ilə Karlıova arasındakı ərazini gözləyirik. Burada Pülümürün olduğu yerdə aşağı-yuxarı 7,4 bal gücündə zəlzələ ola bilər. Yeddisu seysmik zolağın üzərində yerləşir. Bunu hər zaman deyirik. Tunceli-Pülümürdə 7,4 bal gücündə zəlzələ baş verə bilər. Burada axırıncı zəlzələ 1794-cü ildə olub. Dolayısı ilə üstündən çox uzun zaman keçib. Ərzincan zəlzələsinin buraya enerji ötürməsi ehtimalı var. Şərqi Anadolu seysmik qurşağındakı hərəkətlərin də bəlli ölçüdə buraya təsiri ola bilər. Narahat olduğumuz yerlərdən biri budur”.

Teqlər: