Türkiyədə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Assosiasiyasının iclası keçirilir (FOTO/VİDEO)

Bu gündən etibarən Türkiyənin paytaxtı Ankara şəhərində
“Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası
Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi
yığıncağının növbəti toplantısı başlayıb.

QSC-dən AzerTimes-a bildirilib ki, toplantıdan öncə Beynəlxalq
Assosasiyanın üzvləri Ankarada xalqımızın ümummilli lideri Heydər
Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.

Toplantıda “Azərbaycan Dəmir Yolları ” QSC-nin sədri Cavid
Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunur.

Teqlər: