Türkiyədə beş nəfər saxta spirtli içkidən zəhərlənib

Türkiyənin Sivas vilayətində saxta spirtli içkidən zəhərlənmə baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə Zara rayonunda baş berib. Zəhərlənmə nəticəsində 5 nəfər ölüb.

Saxta spirtli içkidən zəhərlənən 4 nəfərin də həyatı risk altındadır.

Hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb.