Türkiyədə benzin 11 qəpik (kuruş) bahalaşıb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Enerji Neft və Qaz Təchizatı Stansiyaları İşəgötürənlər Birliyi (EPGİS) məlumat yayıb.
Məlumatda bildirilib ki, qərara əsasən 7 qəpik benzin vurduran şəxsdən, 4 qəpik isə əlavə dəyər vergisindən (ƏDV) tutulacaq. Bununla da Ankarada ortalama 7.20 lirəyə satılan benzinin 1 litrinin qiyməti 7.27 lirə olacaq. Benzinin bir litrinin qiyməti İstanbulda 7.17 lirədən 7.24 lirəyə, İzmirdə 7.23 lirədən 7.30 lirəyə qalxacaq.
Qeyd edilib ki, qərar gecə yarısından sonra qüvvəyə minəcək.
www.yenicag.az