Türkiyədə başqa seriala da çəkilirəm – Fəlakət

Türkiyədə başqa seriala da çəkilirəm – Fəlakət

AzerTimes aktyor Elşən Orucovla müsahibəni təqdim edir:

– Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar, dəvət elədilər?

– Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.

– Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?

– Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişliyim olmuşdu, sonra da özləri bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.

– Necə düşünürsünüz, bu sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?

– Mənim üçün bu, yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.

– Başqa təkliflər varmı? Təkcə bu serialla yekunlaşırsınız? Həm də cəmi bir seriyada çəkildiniz…

– Mən hazırda da İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.

– Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?

– Bir müddət sonra TRT-də yayımlanacaq “Çıraq” serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək.

Teqlər: