Türkiyədə Azərbaycan hərbçilərinin də qatıldığı “Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi olub (FOTO)

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian
Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə
icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək
müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

AzerTimes bu barədə Müdafiə
Nazirliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və
aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may
ayının 27-dək davam edəcək.

Teqlər: