Türkiyədə avtomobil tunelində zəncirvari qəza olub, çox sayda yaralı var

Türkiyənin Bolu Dağı tunelində 18 avtomobilin iştirakı ilə
zəncirvari qəza baş verib.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə,
hadisə nəticəsində 3-ü ağır olmaqla 17 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda xilasedici, təcili
tibbi yardım və polis briqadaları cəlb edilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.