Türkiyədə avtobus yük maşını ilə toqquşdu: 3 ölü, 23 yaralı

Türkiyədə avtobus yük maşını ilə toqquşdu: 3 ölü, 23 yaralı

Türkiyənin Mersin şəhərinin Tarsus ilçəsində avtobus yük avtomobili ilə toqquşub.

AzerTimes xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, qəza nəticəsində 3 nəfər ölüb, 23-ü isə yaralanıb.

Hadisənin baş verdiyi yerə çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları əraziyə cəlb olunub. Yaralılar Adana və Tarsusdakı xəstəxanalara yerləşdirilib.

Teqlər: