Türkiyədə avtobus aşdı, 15 nəfər yaralandı

Türkiyədə avtobus aşdı, 15 nəfər yaralandı

Türkiyənin Artvin şəhərinin Yusufeli rayonunda sərnişin avtobusu qəza törədərək aşıb. Nəticədə 15 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Cümhuriyyət” nəşri məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb avtobusun təkərinin partlaması olub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Teqlər: