Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən silahlı insident olub.
AzerTimes xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd edilir ki, silahlı şəxs qəhvəxanaya basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb. Hadisə zamanı 6 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alanlardan daha birinin vəziyyətinin ağır olduğu bildirilir.
Cinayəti törədən şəxs avtomobillə hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışlarını həyata keçirir.