Putini aldatdılar, əks-hücum ciddi olacaq – Volker

Putini aldatdılar, əks-hücum ciddi olacaq – Volker

Dünya Rusiyanın hərbi potensialını həddən artıq yüksək qiymətləndirdi, amma Ukraynanın imkanlarını isə lazımınca qiymətləndirmədi.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlər Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Rusiya xüsusi xidmət orqanlarının Putini necə aldatdığını gördük. Əvvəlcə Rusiya Ukraynanın şərqində və Kiyev istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdi. Amma indi ukraynalılar onları geri atıblar. Ruslar artıq irəliləmək iqtidarında deyillər. Ukrayna artıq öz resurslarını toplayıb əks hücuma hazırlaşır. Görünür, bu, ciddi əks-hücum olacaq”, – Volker bildirib.

Teqlər: