Türkiyədə AKP-nin məclis üzvünə silahlı hücum

Türkiyədə AKP-nin məclis üzvünə silahlı hücum

Türkiyənin İzmir şəhərində AKP-nin Çiğli Bələdiyyə Məclisinin üzvü Nədim Aslana silahlı hücum olunub.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məclis üzvü ayağından yaralanıb. Xəstəxanaya yerləşdirilən Aslanın səhhəti yaxşıdır.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Teqlər: