Türkiyədə ağır yol qəzasında 4 nəfər ölüb

Türkiyənin Manisa vilayətində avtobusla iş heyəti daşıyan mikroavtobus toqquşub.

AzerTimes-ın məlumatına görə, hadisə Salehli-Alaşehir yolunda baş verib.

Yol qəzası nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.


Yaralananların hamısı xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.