Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu aşıb.

AzerTimes-ın məlumatına görə, hadisə Balıkəsir vilayətində baş verib.

Yol qəzası nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onların müalicəsi vilayətin beş ayrı xəstəxanasında davam edir.