Türkiyədə sərnişin avtobusu aşıb.
AzerTimes-ın məlumatına görə, hadisə Balıkəsir vilayətində baş verib.
Yol qəzası nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Onların müalicəsi vilayətin beş ayrı xəstəxanasında davam edir.