Türkiyədə ağır qəza: 6 nəfər öldü

Türkiyədə ağır qəza: 6 nəfər öldü

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində ağır qəza olub.

AzerTimes xəbər verir ki, mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən bölgədə hərəkət məhdudlaşdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Teqlər: