Türkiyədə ağır qəza: 15 ölü, 22 yaralı – Foto

Türkiyədə ağır qəza: 15 ölü, 22 yaralı – Foto

Türkiyənin Qaziantep vilayətində dəhşətli avtomobil qəzası baş verib.

AzerTimes xəbər verir ki, magistral yolda qəza törətmiş avtomobildəki yaralılara müdaxilə üçün dayanan ambulansa, eyni zamanda yanğınsöndürən və “İhlas” xəbər agentliyinə məxsus maşına sərnişin avtobusu çırpılıb.

Qəza nəticəsində 15 nəfərin öldüyü bildirilir. Ölənlərdən 3-ü yanğınsöndürən briqadasının əməkdaşları, 3-ü tibb işçisi, 2-si isə jurnalist olub.

Hadisə zamanı 22 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: