Türkiyədə 7 000 dövlət qulluqçusu işdən çıxarıldı

Türkiyədə 7 000 dövlət qulluqçusu işdən çıxarıldı

Türkiyədə ötən ilki çevriliş cəhdi ilə əlaqədar daha 7 mindən çox dövlət qulluqçusu işdən çıxarılıb.

Hökumətin qərarı ilə işdən azad edilənlərdən 2303 polis əməkdaşı, 546 hərbi qulluqçu, 302 təhsil sistemi işçisi, 3 mindən çoxu isə müxtəlif nazirliklərin işçiləridir.

Ümumilikdə 7348 nəfər işdən azad olunub.

Xatırladaq ki, 2016-cı il, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib. Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.