Türkiyədə 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib – Ərdoğan

İyulun 1-dək Türjuyədə koronavirusa qarşı 50 milyondan artıq doza vaksin istifadə edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: “Vaksinlər pandemiyaya qarşı mübarizədə ən effektiv silahdır. İyulun 1-dək ölkəmizdə artıq 50 milyon dozadan çox koronavirus vaksini istifadə edilib”.


Türkiyə Prezidenti vurğulayıb ki, tezliklə aktiv istifadəyə başlanacaq olan Türkiyənin istehsal etdiyi TURKOVAC peyvəndi sayəsində koronavirusa qarşı mübarizə daha geniş və effektiv olacaq.