Türkiyədə “5-li masa” quruldu

Türkiyədə “5-li masa” quruldu

Türkiyədə beş müxalif partiyanın – CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyası sədrlərinin görüşü keçirilib.

AzerTimes xəbər verir ki, İyi Partiyanın sədri Maral Akşənər “Altılı masanı” tərk etdikdən sonra müxalifəti təmsil edən beş siyasi partiyanin sədrləri Səadət Partiyasının qərargahında bir araya gəlib.

Toplantıda CHP Partiyasının sədri Kamal Kılıçdaroğlu, Demokratik Partiyanın sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Ali Babacan, Səadət Partiyasının sədri Temel Karamollaoğlu və Gələcək Partiyasının sədri Əhməd Davutoğlu iştirak edib. Görüşdə eyni istiqamətdə çalışmağı davam etdirmək qərara alınıb. Prezidentliyə namizədin adının martın 6-da açıqlanacağı bildirilib.

Dünən İyi Partiya sədri Maral Akşənər “Altılı masa”nın artıq milli iradə ideyasına yanaşma qabiliyyətini itirdiyini deyərək öncəki toplantını tərk edib.

“Altılı masa”nın dağılmasına münasibət bildirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onlar nə edirlərsə etsinlər, biz isə öz planımız, yol xəritəmiz üzərindən işləməyə davam edirik.

Teqlər: