Türkiyədə 5 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,0 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 592 min nəfər olan Kayseri şəhərindən 52 kilometr şimal-şərqdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.