Türkiyədə “1915-Çanaqqala” körpüsünün açılışı olub

Türkiyədə Dardanel boğazı üzərində “1915-Çanaqqala” asma
körpünün açılış mərasimi keçirilib.

Trend-in
məlumatına görə, körpü Birinci Dünya müharibəsi dövründəki
Çanaqqala döyüşündə qazanılan tarixi qələbənin 107-ci ildönümündə
açılıb.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Cənubi Koreyanın baş naziri Kim Bu Gyom iştirak edib.

Qeyd edək ki, Dardanel boğazının Avropa və Asiya sahillərini ilk
dəfə birləşdirəcək “Çanaqqala” körpüsünün ümumi uzunluğu 4 608
metrdir.

Dünyanın ən uzun orta aşırımlı asma körpüsü “1915-Çanaqqala”
körpüsünün tikintisinə 5100 nəfər və 740 ədəd tikinti texnikası
cəlb olunmuşdu.