Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək

Türkiyə və Yunanıstan Meriç çayı üzərində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəlib.

AzerTimes xəbər verir ki, yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq.

Konstruksiya 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.

Türkiyənin Yunanıstanla həmsərhəd olan Ədirnə vilayətinin valisi Yunis Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

İnşaat işləri hər iki ölkə tərəfindən maliyyələşdiriləcək.

Teqlər: