Türkiyə YSK: Ərdoğan liderdir

Türkiyə YSK: Ərdoğan liderdir

Hazırda ümumilikdə seçki bülletenlərinin 99,4%-i sayılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Qurumunun rəhbəri Əhməd Yenər mediaya açıqlamasında deyib.

“Ölkə daxilində cəmi 27 qutunun nəticələri yoxlanılmayıb. Xarici ölkələrdə isə 1529 seçki qutusunun nəticəsi sistemə daxil edilməyib.

Hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğan 49,40 faiz, Kamal Kılıcdaroğlu 44,96 faiz, Sinan Oğan 5,2 faiz, Muharrəm İncə isə 0,44 faiz səs alıb”, – Ə.Yenər bildirib.

Teqlər: