Türkiyə yerli istehsal olan HHM sistemi üzərində işləri davam etdirir

Yaxın vaxtlarda Türkiyənin milli hava hücumundan müdafiə (HHM)
sistemi olan “SİPER”in yeni sınaqları keçiriləcək.

Trend xəbər
verir ki, bu barədə NTV telekanalına müsahibəsində Türkiyənin
Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin, 2023-cü ildə yerli
istehsal olan “Hurjet” döyüş təyyarəsinin ilk uçuşunu
reallaşdıracaq.

Qeyd edək ki, Türkiyə müdafiə sənayesinin istehsalı olan “SİPER”
Rusiyanın “S-400” və ABŞ-ın “Patriot” HHM sistemlərinin alternativi
olacaq. Sistemin 2023-cü ildə ordunun silahlanmasına daxil olacağı
gözlənilir.