Türkiyə yeni dəniz dronunu sınaqdan keçirdi

Türkiyə yeni dəniz dronunu sınaqdan keçirdi

Türkiyə “Albatros” pilotsuz dəniz dronunu sınaqdan uğurla keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” X sosial şəbəkə hesabında məlumat yayıb.

“Sınaq zamanı “Albatros” “Roketsan” döyüş başlığı ilə gəmini partladıb. 69 metrlik gəmi bir neçə dəqiqə ərzində batırılıb”, – məlumatda deyilib.

“Albatros”un sınaqlarının Mersində keçirildiyi bildirilib.

Teqlər: