Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 12 YPG
silahlısını (PKK terrorçularının Suriya qanadı)
zərərsizləşdirib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.
““Sülh bulağı”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatları
zonalarını atəşə tutan silahlılar zərərsizləşdirilib. Türkiyə
Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa
davam edir”, – deyə nazirlik qeyd edib.