Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub (FOTO)

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində
Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək
veteranı Fatma Səttarova ilə görüşüb.

H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və
kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın
kollektivini təbrik edib, xoş arzularını ifadə edib.

Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci
Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və
qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin
müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün
aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi
iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları,
onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd
olunub.

F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim
dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna
görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib.

Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir
mübadiləsi aparılıb.

Teqlər: