Türkiyə vətəndaşlığını almaq üçün qaydalar dəyişib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vətəndaşlığa
müraciət şərtlərində edilən dəyişikliyi təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld “Resmi Gazete”-yə istinadən xəbər
verir.

Məlumata əsasən, əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün
lazım olan daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min
dollara yüksəldilib. Qərar bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla
Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan
250 min dollara endirilmişdi.