Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən
Nazirlər Kabinetinin iclasında əcnəbilərin ölkə vətəndaşlığı ala
bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyərinin artırılması
məsələsi müzakirə edilib.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, iclasda
Türkiyə vətəndaşlığına müraciət üçün alınacaq daşınmaz əmlakın
dəyərinin 250 min dollardan 400 min dollara qaldırılmasına qərar
verilib.
Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla
Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan
250 min dollara endirilmişdi.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən bu günə kimi
Türkiyədən 5000-ə yaxın əcnəbi vətəndaş daşınmaz əmlak əldə
edib.