Türkiyə vətəndaşlarına Ukraynanın şərq rayonlarına səfər etməmək tövsiyə olunub – XİN

Türkiyə vətəndaşlarına Ukraynanın şərq rayonlarına “xüsusi
ehtiyac olmadan” getməmək tövsiyə olunub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Nazirlik qeyd edib ki, Ankara Ukraynadakı təhlükəsizlik ilə
bağlı vəziyyəti diqqətlə izləyir:

“Bununla əlaqədar vətəndaşlara xüsusi ehtiyac olmadan Ukraynanın
şərqindəki sərhədyanı rayonlara getməməyi tövsiyə edirik. Türkiyə
vətəndaşları şəxsi təhlükəsizliklərini təmin etmək üçün bütün
lazımi addımları atmalı, lazım gəldikdə Türkiyənin Kiyevdəki
səfirliyi ilə əlaqə saxlamalıdırlar”.

Teqlər: