Türkiyə vətəndaşı Ermənistanda saxlanıldı

Türkiyə vətəndaşı Ermənistanda saxlanıldı

Ermənistanın İcevan şəhərində Türkiyə vətəndaşı saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məlumata görə, sərnişinlər İcevan-Açacur reysi ilə hərəkət edən avtobusda telefonla türk dilində danışan şübhəli şəxsi görüblər. Ona Türkiyə telefon nömrələrindən zənglər gəldiyi üçün sərnişinlər sürücüdən avtobusu saxlamağı tələb edib və polisə müraciət ediblər.

Avtobusun sürücüsü bildirib ki, sərnişinlər əvvəlcə şübhəli şəxsin azərbaycanlı olduğunu düşünüblər, lakin polis onun azərbaycanlı deyil, türkiyəli olduğunu müəyyən edib.

“O, Türkiyədən idi, polislər gəlib şöbəyə apardılar, başqa heç nə bilmirdik”, – sürücü deyib.

Teqlər: